YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsimi rayonunda şəhid ailələri ziyarət olunub

Zəfər Günü və Yeni Azərbaycan Partiyasının (YAP) 30 illiyi münasibətilə Nəsimi rayonu ərazisində yaşayan bir qrup Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub, onlara sovqatlar çatdırılıb.

Ziyarətlər zamanı YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Prezident İlham Əliyevin rəhbərliyi ilə başladılan əks-hücum əməliyyatı nəticəsində 30 illik həsrətimizə son qoyulduğunu, igid oğullarımızın şücaəti sayəsində ərazi bütövlüyümüz təmin olunduğunu qeyd edib.

Sonra Dental Estetik Mərkəzin direktoru, C.Səlimov 19 ( Dental Estetik Mərkəz) üzrə ərazi partiya təşkilatının sədri Xaliq Hüseynov vurğulayıb ki, Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün dövlət qurumları qarşısında bu təbəqəyə aid insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib.

Vətən müharibəsi şəhidlərinin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.