YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə birgə taktiki təlimlərinin döyüş atışı mərhələsi keçirilib

Hərbi əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin mayın 12-dən başlanan birgə taktiki təlimlərinin növbəti, döyüş atışı mərhələsi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimlərdə iştirak edən bütün qoşun növlərinin döyüş hazırlığının səviyyəsi, tapşırıqların yerinə yetirilməsinin operativliyi və koordinasiya edilməsi, qarşılıqlı fəaliyyətin və uzlaşmanın təşkili, döyüş əməliyyatları zamanı təminatın həyata keçirilməsi, qarşıya qoyulan tapşırıqların icrası, şəxsi heyətin, silah və döyüş texnikasının səmərəli fəaliyyəti yoxlanılıb.

Təlimin ssenarisinə əsasən döyüşdə iştirak edən qüvvələr və yardımçı bölmələri qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, helikopterlər döyüş atışlarını və raket buraxılışlarını yüksək dəqiqliklə həyata keçirərək bütün hədəfləri məhv ediblər.

Təlimlər davam edir.

 

DİGƏR Xəbərlər Arxiv