YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

David Məmmədov: Bu addım ekoloji mühitin nisbətən yaxşılaşmasına xidmət edir

Neft emalı zavodları 2018-ci ilə qədər rekonstruksiya olunduqdan sonra AI-95 benzini də istehsal ediləcək. Bu barədə ARDNŞ-in vitse-prezidenti David Məmmədov deyib.

D.Məmmədov bildirib ki, AI-92 benzininin kütlə payı ümumi benzin istehlakında hazırda 95 %-dir. Onun sözlərinə görə, 2018-ci ildə bizim neft emalı zavodlarımız rekonstruksiyadan sonra yenidən AI-95 benzinini istehsal edəcək”.

«Bu, həm də ekoloji mühitin nisbətən yaxşılaşmasına da xidmət edir. Çünki Avro – 5 benzini və Avro – 6 dizeli hal-hazırda dünya üzrə istehsal olunan ən təmiz yanacaqdır. Ekologiyaya onun mənfi təsiri isə minimumdur»- deyə, D.Məmmədov qeyd edib.