YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan imtina edir

Bolqarıstanın qabaqcıl KİV-ləri Azərbaycan əsgərlərinin kütləvi məzarlığının aşkarlandığını bildirib.

“Fakti”, “24Chasa”, “Novini”, “NetNews”, “Bulbox”, “Utroruse”, “Armymedia”, “Alfarss”, “Novini247”, “BTA”, digər xəbər agentlikləri və nəşrlərdə 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi zamanı erməni separatçıları tərəfindən öldürülən Azərbaycan əsgərlərinin kütləvi məzarlığının aşkarlandığı qeyd edilib. Məlumatda bildirilib ki, Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində yeni kütləvi məzarlıq aşkarlanıb. Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmisi Namiq Əfəndiyevə istinadla diqqətə çatdırılıb ki, hələ bu ilin fevralında Edilli kəndində işgəncə verilmiş 25 cəsəd olan kütləvi məzarlıq tapılıb. Eyni zamanda, Birinci Qarabağ müharibəsindən itkin düşmüş 4000 azərbaycanlı haqqında hələ də məlumat yoxdur və Ermənistan kütləvi məzarlıqların yerini açıqlamaqdan imtina edir. Məlumatlarda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin tviter səhifəsində paylaşımına istinadla bildirilib: “Edilli kəndində 1-ci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalaraq öldürülmüş Azərbaycan hərbçilərinin kütləvi məzarlığı tapılıb”.

Bildirilib ki, Azərbaycan hərbi prokurorluğunun Ermənistan silahlı qüvvələrinin törətdiyi cinayətlərlə bağlı istintaqa başlayıb.