YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “İnturist” otelinin açılışında iştirak edib

Mayın 5-də Bakıda “İnturist” otelinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva otelin açılışında iştirak ediblər.

Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə otel barədə ətraflı məlumat verildi. Bildirildi ki, beşulduzlu bu otel “Absheron Hotel Group”a aiddir. Yeni otel nəinki Azərbaycan, eləcə də keçmiş SSRİ-də məşhur olan Bakıdakı “İnturist” mehmanxanasının arxitektura üslubunda inşa edilib. Yeni otel köhnə “İnturist” barədə xatirələri yaşatmaqla bərabər nadir memarlıq quruluşu ilə diqqəti cəlb edir. Qeyd edildi ki, beşmərtəbəli binada 150 standart və suit nömrə, həmçinin SPA salonu, kitabxana, iclas zalı və restoran var.

Dövlətimizin başçısı oteldə yaradılmış şəraitlə tanış oldu.

Sonra Prezident İlham Əliyev otelin kollektivi ilə görüşdü.