YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı öz işinə başlayıb

Mayın 2-də Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı öz işinə başlayıb.

İllik toplantı “İnkişaf uğrunda əməkdaşlığın gücləndirilməsi” devizi altında keçirilir.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çıxış edərək ölkəmizin sosial-iqtisadi inkişafı, əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib.

AİB-nin prezidenti Takehiko Nakao qeyd edib ki, son illər Azərbaycanda ümumi daxili məhsul 4 dəfə artıb, yoxsulluq səviyyəsi aşağı salınıb. Azərbaycan yüksəkgəlirli ölkələr sırasına daxil edilib. Azərbaycanda, həmçinin savadlılıq səviyyəsi 100 faizə çatıb. Ana və uşaq ölümü göstəriciləri aşağı düşüb.

Qeyd edək ki, Cənubi Qafqazda ilk dəfə keçirilən bu toplantıda region və Mərkəzi Asiya üzrə əməkdaşlığın və inteqrasiyanın gücləndirilməsi panel müzakirələrin birində diqqət mərkəzində olacaq.

Toplantıda Asiya və Sakit okean regionunun inkişaf potensialı müzakirə ediləcək, iqtisadi inkişafın qorunub saxlanılması və gələcəkdə yoxsulluq səviyyəsinin azaldılmasına yardım məqsədilə öz iqtisadi inkişaf modellərini dəyişkən daxili və xarici mühitə uyğunlaşdırmağa çalışan ölkələr tərəfindən yürüdülən siyasətə də nəzər salınacaq.

Panellərdə dövlət-özəl tərəfdaşlığı üçün düzgün mühitin təmin edilməsi; inkişaf səmərəliliyi; inkişaf edən Asiya şəhərlərini iqlim dəyişikliklərinə daha dayanıqlı və həyat üçün yararlı etmək; hərtərəfli səhiyyə xidmətləri ilə əhatə, gender bərabərliyi və innovasiya məsələləri üzrə müzakirələr aparılacaq.