YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Tərtər rayon təşkilatının yaradılmasının 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının yaradılmasının 29-cu ildönümü ilə əlaqədar Gigiyena və Epidemiologiya Mərkəzi ərazi partiya təşkilatında tədbir keçirilib.

Tədbirdə çıxış edən rayon təşkilatının sədri Eldar Əsədov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, dövlətçiliyimizin qorunub saxlanılması və daha da qüdrətlənməsi istiqamətində yürütdüyü siyasətdən bəhs edib.

E.Əsədov partiyanın VII qurultayının tarixi Zəfərimizin yaratdığı yeni reallıqlara söykənərək keçirildiyini və qarşıya yeni vəzifələr qoyulduğunu xatırladıb. Bildirib ki, partiyanın hər bir üzvü bu vəzifələrin uğurla icra edilməsinə səy göstərir.

Qeyd olunub ki, bu gün partiyan sıralarında 800 minə yaxın üzvün birləşməsi YAP-ın yaradıcısı, ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətin, onun siyasi kursunun davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricisidir.

Tədbirdə çıxış edən ərazi partiya təşkilatının sədri İntiqam Mustafayev, partiya üzvləri Gültəkin Hüseynova, Nərmin Müseyibli, Nəsibə Tahirova və Faiq Mürsəlov da Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan bəhs ediblər.

DİGƏR Xəbərlər Arxiv