YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadrat kilometr ərazidə yeni həyat qurur

Nərgiz Babayeva

YAP Gənclər Birliyinin üzvü, Bakı Gənclər Mərkəzinin direktoru

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.

Prezident İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımıza dəfələrlə səfər edib. Bu səfərlər müxtəlif təyinatlı və məqsədli olur. Xarici ölkə rəhbərləri ilə görüş, beynəlxalq və milli əhəmiyyətli mədəniyyət tədbirlərində iştirak, quruculuq, bərpa işlərində təməlqoyma və açılışlarla müşayiət olunur. Yəni, bu səfərlərin hər biri özünəməxsusluğu ilə seçilir, lakin hamısı siyasi, iqtisadi, hərbi mahiyyət daşıyır.

Dövlətimizin başçısının son səfərinin Silahlı Qüvvələr Günündə olması heç də təsadüfi deyil. Belə bir gündə Prezident, Ali Baş Komandan İlham Əliyevin ölkənin ən çətin coğrafi relyefinə malik Kəlbəcər və Laçın rayonlarında hərbçilərlə birlikdə olması onlara göstərilən qayğının, dəstəyin ifadəsidir.

Prezident İlham Əliyev bu səfərlərdə keçmişdə münaqişənin həlli ilə bağlı aparılmış danışıqlar barədə, günümüzdə görülən quruculuq, bərpa işləri, gələcək planlar və regional siyasətlə əlaqəli çıxışlar edir. Ona görə də belə səfərləri təkcə bizim ictimaiyyət deyil, Ermənistan və regionda maraqlı olan ölkələr də diqqətlə izləyir və müzakirə edir.

Kəlbəcər və Laçın rayonlarının bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətindir. Hərbi xidmət nöqteyi-nəzərdən Kəlbəcər-Laçın zonası həm iqlim, həm relyef, həm də təbiət baxımından ən çətin bölgədir. Buna baxmayaraq  Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı lazımi addımlar atılır. Keçən il 4 su elektrik stansiyası istifadəyə verilib. Bu il isə 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcək. Yollar davamlı olaraq çəkilir.

Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. Kəlbəcər rayonunun inkişafı ilə bağlı konsepsiya artıq hazırdır. Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadrat kilometr ərazidə yeni həyat qurur. Artıq yeni həyatın təzahürləri görünməkdədir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Prezidentin Kəlbəcər və Laçına etdiyi son səfəri  bir daha təsfiqlədi ki, biz bütün bu torpaqların əbədi sahibiyik və həmin rayonların inkişafı üçün əlimizdən nə gəlirsə edirik.

DİGƏR Xəbərlər Arxiv