Xəbərlər
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Möhtərəm Prezident, əziz Qardaşım.
Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına daha da çox inkişaf və firavanlıq arzu edirəm”.
