YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri cənab Prezident.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Bu əlamətdar günü Sizinlə birlikdə qeyd edərkən, Misir və Azərbaycan arasında mövcud olan dostluq münasibətlərini yüksək qiymətləndirirəm. Eyni zamanda, dost xalqlarımızın mənafeyinə uyğun olaraq ortaq maraq doğuran müxtəlif sahələrdə əlaqələrimizin daha da dərinləşdirilməsi və genişləndirilməsi istiqamətində Sizinlə sıx əməkdaşlıq etməyə sadiq qaldığımı bir daha təsdiqləyirəm.

Hörmətli cənab Prezident, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram".