YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Bu gün Azərbaycan xarici investisiya üçün olduqca cəlbedici ölkələrdəndir

Şaxələndirmə yalnız enerji təchizatına aid deyil. Bu, bizim iqtisadiyyatımızın şaxələndirilməsidir və biz buna nail oluruq. Hesab edirəm ki, bu gün Azərbaycanda biznes mühiti tamamilə lazımi səviyyədir və Azərbaycan xarici investisiya üçün olduqca cəlbedici ölkələrdəndir.

Bu fikirləri Prezident İlham Əliyev 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında söyləyib.

“Dediyim kimi, birincisi, bizim neft-qaz sahəsində nəhəng təcrübəmiz var, biz ənənəvi şirkətlərlə tərəfdaşlığımıza böyük dəyər veririk. Biz heç vaxt imza atdığımız müqavilənin bir sözünü belə dəyişməmişik. Biz surətlə inkişaf edirik və əlbəttə ki, Qarabağda və Zəngəzurda aparılan yenidənqurma işləri iqtisadi potensialımızı artıracaq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Dövlətimizin başçısı qeyd edib ki, xarici borcumuzun aşağı səviyyədə olması – ümumi daxili məhsulun yalnız 12.5 faizini təşkil etməsi də münbit iqtisadi şərait yaradır. Azərbaycanın əlavə kreditlər götürməyə ehtiyac duymadığını diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Bununla yanaşı, görsək ki, Azərbaycan üçün vacib olan qlobal əhəmiyyətli layihələr var, əlbəttə, biz ənənəvi tərəfdaşlarımıza, aparıcı maliyyə institutlarına müraciət edəcəyik ki, bizə dəstək olsunlar. Bizim bununla bağlı Cənub Qaz Dəhlizi və digər layihələrdə təcrübəmiz var”.

DİGƏR Xəbərlər Arxiv