Xəbərlər
YAP Yevlax rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib
Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının “Şəkitayı 31” ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının maraqları naminə olan misilsiz xidmətlərindən, həmçinin Yeni Azərbaycan Partiyasının indiyədək keçdiyi şərəfli yoldan geniş bəhs edib. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin rəhbərliyi ilə dillərə dastan olan tarixi qələbələrə imza atıb.
R.Əliyev qeyd edib ki, hazırda 750 mindən artıq üzvü olan partiyanın sıraları günü-gündən genişlənir. Yeni Azərbaycan Partiyasındakı kəmiyyət və keyfiyyət yüksəlişi düzgün və peşəkar idarəetmə formasını zəruriləşdirir ki, məhz elə bu baxımdan da ərazi partiya təşkilatlarının yaradılması mühüm əhəmiyyət kəsb edir.
Tədbir çərçivəsində təşkilati məsələlərə baxılıb. Nəbiyev Mirrəhim Mirdamət oğlu “Şəkitayı 31” ərazi partiya təşkilatının sədri, Məmmədova Ellada Yusif qızı isə sədr müavini seçiliblər.
Ərazi partiya təşkilatının sədri Mirrəhim Nəbiyev çıxışında göstərilən diqqətə görə partiya üzvlərinə təşəkkürünü ifadə edib, dahi Heydər Əliyevin rəhbərliyi və ideyaları altında Yeni Azərbaycan Partiyasının əldə etdiyi çoxsaylı nailiyyətlərdən danışıb.
Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olan üzvlərə partiya vəsiqələri təqdim olunub, xatirə şəkilləri çəkdirilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
