Xəbərlər
Nizami rayonunda Ulu Öndərin xatirəsinə həsr edilmiş üzgüçülük yarışı keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının, Nizami Rayon İcra Hakimiyyətinin və “Astoria” Bakı Fitnes və SPA mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə üzgüçülük yarışı keçirilib.
Yarışa Bakı şəhəri üzrə 100-dən artıq müxtəlif yaş kateqoriyalarında həvəskar idmançılar qatılıb. Yarışçılar arasında əlilliyi olan şəxslər də olub.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan yarışın açılış mərasimində Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Bəhman Hüseynov, Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev, Keşlə Bələdiyyəsinin sədri Rəşad Babayev, YAP Nizami rayon təşkilatının “Babək prospekti 65b” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Azər Bağırzadə ölkəmizdə idmana olan dövlət qayğısından söz açıb, yarışçılara uğurlar arzu ediblər.
Sonra yarışa start verilib, yaş qruplarına və kateqoriyalara uyğun olaraq iştirakçılar üzgüçülük bacarıqlarını nümayiş etdiriblər. Yarış kürəküstü və sinəüstü klassik üzmə stili üzrə baş tutub.
Yekunda mükafatlandırma mərasimi olub, qaliblərə diplom və medallar təqdim edilib.
