YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev irsi və müasir Azərbaycan”

Yeni Azərbaycan Partiyası (YAP) Siyəzən rayon təşkilatının, Siyəzən Rayon Təhsil Sektorunun və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Siyəzən şəhər ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev irsi və müasir Azərbaycan” mövzusunda silsilə açıq dərslərin yekun mərhələsi keçirilib.

Açıq dərslər çərçivəsində Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin 10 və 11-ci sinif şagirdləri fəal iştirak edərək, Ümummilli Lider Heydər Əliyevin həyat yolu, zəngin dövlətçilik fəaliyyəti və müasir Azərbaycanın formalaşmasındakı əvəzsiz rolu barədə geniş məlumat əldə ediblər.

Tədbirdə Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini Ruhiyyə Hacıyeva və Siyəzən Rayon Təhsil Sektorunun müdiri Elşad Sultanov çıxış edərək Ulu Öndərin dövlətçilik irsi, müstəqilliyimizin qorunması və ölkəmizin davamlı inkişaf strategiyasının əsaslarının məhz onun tərəfindən müəyyən edildiyini vurğulayıblar.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin təhsilə və gənclərə göstərdiyi xüsusi diqqət, milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirdiyi siyasət və bu gün də aktuallığını qoruyan ideyaları xüsusi qeyd olunub.

Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzinin direktoru Vüsal Tağıyev tərəfindən şagirdlər üçün ekskursiya təşkil olunmuş, mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən guşələr haqqında ətraflı məlumat verilib.

Dərs tarix müəllimi Abdullayev Yalçın tərəfindən aparılmış, mövzu ətrafında şagirdlərlə interaktiv müzakirələr keçirilmiş, onların bilik və dünyagörüşünün daha da genişləndirilməsinə şərait yaradılıb.

Sonda Siyəzən rayonunun ümumtəhsil məktəblərinin müəllimləri açıq dərslərdə fəal iştirak etdiklərinə görə Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının fəxri fərmanları ilə təltif olunublar.