YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir Rəşad Nəbiyev: “TEKNOFEST” gənclərin festivalıdır

“TEKNOFEST” gənclərin festivalıdır. Azərbaycan öz gəncləri ilə qürur duyur.

Bu sözləri mayın 26-da ilk dəfə Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalının açılışında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Nazir bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti ilə gəncliyimiz 44 günlük Vətən müharibəsində öz sözünü dedi: “Torpaqlarımızın işğaldan azad olunmasında da yeni gənc, dövlətçilik, vətənpərvərlik ruhunda böyüyən nəsil mühüm rol oynadı".

R.Nəbiyev vurğulayıb ki, festival çərçivəsində gənclərin hazırladığı müxtəlif startaplar, layihələrlə tanış olmaq mümkündür. “TEKNOFEST” gənclərin texnoloji yeniliklərə marağını daha da artıracaq.

“Gələcəkdə texnologiya, innovasiya sahəsində də zəfər qazanacağımıza, beynəlxalq aləmdə mühüm yer tutacağımıza inanıram”, - deyə nazir əlavə edib.