YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ümummilli Liderimizi tanıyaq” və “Qarabağ Azərbaycandır!” layihəsinin qalibləri mükafatlandırılıb

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının və Ümid Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ümummilli Liderimizi tanıyaq” və “Qarabağ Azərbaycandır!” layihəsinə yekun vurulub.

Bu münasibətlə YAP İmişli rayon təşkilatında təşkil olunan tədbirdə layihənin qalibləri mükafatlandırılıb.

Tədbiri giriş sözü ilə açan Ümid Tədris Mərkəzinin təsisçisi Ceyhun Quliyev bildirib ki, layihə rayonun 8 ümumtəhsil məktəbinin 950 şagirdi arasında keçirilib. İki mərhələdən ibarət layihədə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Prezident, Ali Baş Komandan İlham Əliyevin Qarabağ Zəfərindən bəhs edən inşa müsabiqəsinin, müxtəlif intellektual oyunların iştirakçıları arasından 20 ən yaxşı şagird seçilib.

Tədbirdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev Ulu Öndərin müstəqil Azərbaycanın quruculuğunda göstərdiyi misilsiz fədakarlıq, eləcə də Sovet dönəmində onun rəhbərliyi ilə həyata keçirilən siyasi fəaliyyətdən bəhs edib. Müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyevin xilaskarlıq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması kimi, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri qismində tarixdə silinməz iz qoyduğunu qeyd edib. Natiq həmçinin həm ata vəsiyyətini, həm də Prezident andını yerinə yetirən Ali Baş Komandan İlham Əliyevin Qarabağ Zəfərindən söhbət açıb.

Sonda qalib şagirdlərə sertifikatlar və hədiyyələr təqdim olunub.