YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Masallıda 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib

Masallı Uşaq Gənclər İnkişaf Mərkəzində 28 May - Müstəqillik Günü münasibətilə “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” mövzusunda tədbir keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Vətən müharibəsi qaziləri və dərnək üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Uşaq Gənclər İnkişaf Mərkəzin təşkil etdiyi sərgi ilə tanış olublar.

Müstəqillik Gününə həsr olunmuş tədbir ümummilli lider Heydər Əliyevin, eləcə də Vətən müharibəsində şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Masallı Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Əsmər Axundova dövlət müstəqilliyimizin əbədi, daimi və dönməz olmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. Ə.Axundova o cümlədən  mərkəzin şəhid məzunları Elməddin Nəzərov və Sübhan Həsənovun şərəfli ömür və döyüş yolu haqqında məlumat verib.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxışında deyib ki, Azərbaycan 1918-1920-ci illərdə müsəlman Şərqində ilk parlamentli, demokratik, dünyəvi dövlət qurdu, lakin xalqımızın böyük mübarizələr, savaşlar sayəsində nail olduğu bu müstəqillik uzun sürmədi. Bildirib ki, mövcud olduğu 23 ay müddətində Azərbaycan Xalq Cümhuriyyəti bütün vətəndaşlarını konstitusion hüquqlarla təmin edib, daxili quruluşundan asılı olmayaraq, bütün ölkələrlə münasibətləri faydalılıq əsasında yaratmağa çalışıb.

S.Əliyev müstəqilliyimizin qorunub saxlanmasında əvəzsiz rolu olan ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurların Ulu Öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyalarının təntənəsi olduğu bildirilib.

DİGƏR Xəbərlər Arxiv