YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sərbəst güləş üzrə Xocavənd rayonun açıq birinciliyi keçirilib

Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının, Xocavənd rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş yeniyetmələr və gənclər arasında sərbəst güləş idman növü üzrə Xocavənd rayonun açıq birinciliyi keçirilib.

Turnirdə Ağdam, Ağcabədi, Beyləqan və Xocavənd rayon komandalarının iştirakı ilə ümumilikdə 120 idmançı öz qüvvəsini sınayıb. 

Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.

Yarışı giriş sözü ilə açan YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov ümummilli lider Heydər Əliyevin bütün sahələrlə yanaşı, idmanın inkişafına da böyük diqqət yetirdiyini bildirib. Ölkə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən bu sahənin inkişafına yüksək dövlət qayğısı göstərildiyini bildirib. V. Hüseynov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş açıq birinciliyin əhəmiyyətindən söz açaraq idmançılara uğurlar arzulayıb.

Daha sonra Xocavənd rayon İdman Şahmat məktəbinin direktoru Qoşqar Əliyev idmançılara uğurlar arzulayıb və yarışın keçirilməsində əsas məqsədin Ulu Öndərin xatirəsini yad etmək, eyni zamanda, gənclərin fiziki sağlamlığını inkişaf etdirmək və idmana olan marağını artırmaq olduğunu qeyd edib.

Sonda qalib idmançılara, eləcə də digər yer tutan idmançılara təşkilatın adından Fəxri Fərmanlar təqdim olunub.