YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatında ulu öndər Heydər Əliyevin anadan olmasının 99-ci ildönümü qeyd edilib

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının təşkilatçılığı və “ORİON-E” MMC-nin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-ci ildönümü ilə əlaqədar “Yüksəkliyin Heydər Əliyev zirvəsi” adlı konfrans keçirilib. Tədbirdə İmişli rayon icra hakimiyyətinin başçısı Elçin Rzayev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun idarə və müəssisələrinin nümayəndələri, şəhid ailələri iştirak ediblər.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirdi ki, Azərbaycanda çoxlu uca dağlar və zirvələr vardır. Lakin hətta ən uca zirvə belə ölkənin hər yanından görünmür. Heydər Əliyev zirvəsi isə nəinki Azərbaycanın hər güşəsindən, hətta yaxın-uzaq ölkələrdən də yaxşı görsənir. Beynəlxalq müstəvidə dünya liderləri də Heydər Əliyevi zəmanəni qabaqlayan dünya miqyaslı dövlət xadimi kimi qəbul edirdilər.

İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev çıxışında qeyd etdi ki, müstəqil Azərbaycanın inkişafında Heydər Əliyev xətti  həmişə davam edib. Bu konsepsiya bu gün də Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xalqın taleyüklü məsələlərinin uğurlu həlli, ölkədə milli həmrəyliyin, sülh və demokratiyanın bərqərar olması, xarici siyasət istiqamətindəki qətiyyətli addımlar, gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi ulu öndər Heydər Əliyevin adıyla bağlıdır.

Tədbirdə çıxış edən “Orion-E” MMC-nin rəhbəri Şükür Astanov bildirdi ki, XX əsr Azərbaycana Heydər Əliyev kimi görkəmli siyasətçi, müdrik dövlət xadimi bəxş etdi. Ulu Öndər Heydər Əliyev əsrin əvvəllərindən formalaşan demokratik ənənələrin yaşanmasında və inkişafında, milli-mədəni irsimizin qorunmasında və təbliğində əvəzsiz rol oynamış, Azərbaycanı bütün dünyaya tanıtmışdır.

Çıxış edən ARAN RETS-in sədr müavini Saleh Səmədov çıxışında böyük istedadı və uzaqgörən siyasəti sayəsində keçmiş SSRİ hökumətinin ali hakimiyyət vəzifələrinə qədər yüksəlmiş, türk dünyasının böyük oğlu Heydər Əliyevin bu imkanlardan xalqının iqtisadi və sosial tərəqqisi, milli oyanışı üçün məharətlə istifadə edə bilməsindən, Azərbaycanda milli dövlətçilik ənənələrinin bərpasında, möhkəmləndirilməsində və qorunmasında böyük xidmətlər göstərdiyindən geniş söhbət açdı.

Tədbirin sonunda “Yüksəkliyin Heydər Əliyev zirvəsi” aksiyası çərçivəsində şəhid ailələrinə bayram sovqatı paylanıldı.