YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə akademik Zərifə xanım Əliyevanın 99 illik yubileyi münasibətilə elmi-praktiki konfrans keçirilib

Şəmkir rayonunda Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr edilmiş elmi-praktiki konfrans keçirilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev və Yeni Azərbaycan Partiyası Şəmkir rayon Təşkilatının Sədri Fəxrəddin Vəliyevin də iştirak etdiyi konfransda əvvəlcə akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü naminə canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra ulu öndər Heydər Əliyevin Zərifə xanım Əliyeva haqqında xatirələrindən bəhs edən "Heydər Əliyev - Əsl Məhəbbət Haqqında" filmi təqdim olunub.

Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bildirib ki, Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini vermişdir, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərmişdir: “Eyni zamanda, insanların görmə qabiliyyətinə mənfi təsir göstərən istehsalatlarda onun laboratoriyaları fəaliyyət göstərmişdir. Bu laboratoriyalarda bir tərəfdən insanların sağlamlığına zərərli istehsalların təsiri öyrənilmiş, eyni zamanda, xəstələrin müalicəsi də təşkil edilmişdir. Alim kimi Zərifə xanım Əliyeva çox böyük zirvələrə çata bilmişdir. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir”.

Konfransda çıxış edən YAP Şəmkir rayon Təşkilatının Sədri Fəxrəddin Vəliyev bildirib ki,  Zərifə xanım Əliyeva tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanıb. Eyni zamanda vurğulanıb ki, Akademik Zərifə Əliyeva milli oftalmologiyanın banisidir. Zərifə Əliyeva Azərbaycan xanımlarının bütün gözəl xüsusiyyətlərini özündə birləşdirən insanlıq, qadınlıq meyarı idi. İşıqlı bir həyat yaşayan Zərifə Əliyeva görkəmli oftalmoloq alim, qayğıkeş həkim, gözəl ana və fədakar həyat yoldaşı kimi şərəfli bir ömür sürmüşdür. O təkcə elm xadimi, həkim, akademik olmaqla yanaşı eyni zamanda ulu öndər Heydər Əliyevin layiqli həyat yoldaşı, sadiq dostu və məsləkdaşı olmuşdu. Ulu öndərin əsasını qoyduğu geniş quruculuq işləri və Zərifə xanımın çoxşaxəli humanitar missiyası bu gün möhtərəm Prezidentimiz İlham Əliyev və Azərbaycanın birinci xanımı, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Digər çıxış edənlər də akademik Zərifə xanım Əliyevanın Azərbaycanın tibb elminin inkişafında misilsiz xidmətləri olduğunu diqqətə çatdırıblar.

Qeyd olunub ki, Zərifə xanım Əliyeva haqqında xatirələri oxuduqca hər bir insanda gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim obrazı canlanır.

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilən tədbir çərçivəsində Şəmkir rayonunun ucqar dağ kəndlərində Şəmkir Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin həkimləri tərfindən pulsuz göz müayinəsi aksiyası keçirilib.

DİGƏR Xəbərlər Arxiv