YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş dəyirmi masa keçirilib

Aprelin 28-də Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının fəal qadınları Nizami Bələdiyyəsində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr edilmiş dəyirmi masa keçiriblər.

Dəyirmi masada əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü və suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən YAP Nizami rayon təşkilatının qadınlarla iş üzrə əlaqələndiricisi Yeganə Abbasova, partiyanın rayon təşkilatının məsləhətçisi Aytac Məhərrəmli, partiya fəallarından Kimya-Biologiya təmayüllü liseyin həkim-pediatrı Həmidə Ələfsərova, Keşlə Bələdiyyəsinin sədr müavini İradə Həsənova, SOCAR Nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamentinin əməkdaşı Tofiqə Qurbanova, “EKOL” Mühəndislik Xidmətləri ASC-nin əməkdaşı Güləsər Rəhimova, Nəsibə Mahmudova və başqaları bildiriblər ki, akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafında misilsiz xidmətləri olub. Qeyd olunub ki, hər bir güclü kişinin arxasında güclü qadın dayanır. Zərifə xanım Əliyeva güclü həyat yoldaşı kimi Ümummilli Lider Heydər Əliyevə həmişə böyük dəstək olub. Zərifə xanım Əliyeva haqqında xatirələri oxuduqca hər bir insanda gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim obrazı canlanır.

Vurğulanıb ki, Zərifə xanım Əliyeva müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin, xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin anasıdır. Əlavə olunub ki, Ulu Öndər Heydər Əliyev dövlət işində, Zərifə xanım Əliyeva isə elm və səhiyyə sahəsində böyük uğurlara imza ataraq məktəb yaradıblar.

Çıxışlardan sonra partiya fəalı olan bir qrup qadın təltif olunub.

DİGƏR Xəbərlər Arxiv