YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdamda “Alim qadın - Böyük ana akademik Zərifə Əliyeva” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunan “Alim qadın – Böyük ana akademik Zərifə Əliyeva” adlı tədbir keçirilib.

Tədbirdə çıxış edən YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev bildirib ki, Azərbaycan ziyalı qadınının ən gözəl simalarından olan Zərifə xanımın xarakterində məsuliyyət, zəhmətkeşlik və xeyirxahlıq kimi üç böyük xüsusiyyət cəmləşmişdir.

Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin övladı kimi böyük bir məsuliyyəti şərəflə daşıyan Zərifə xanım Əliyeva həm də həkim və alim kimi nümunəvi fəaliyyəti ilə fərqlənərək, oftalmologiya tarixinə adını qızıl hərflərlə yazdırıb.

Mansur Quliyev oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edərək bildirib ki, Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açan Zərifə xanım Əliyeva mənalı ömür yolu keçib. O, görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açıb və atasının ömür yolu Zərifə xanım üçün əsl həyat məktəbi olub.

YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev Zərifə xanım Əliyevanın həyat yolunun hər bir Azərbaycan vətəndaşı, alimi və həkimi üçün mənəviyyat dərsi, kamillik məktəbi olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Ağdam rayon Ağsaqqallar Şurasının sədri, partiya veteranı Əvəz Mikayılov, YAP Ağdam rayon təşkilatı ərazi partiya təşkilatlarının sədrləri Xosrov İsmayılov, Asim Muradov, Eldəniz Abdullayev akademik Zərifə xanım Əliyevanın həyatı və elmi fəaliyyətindən söhbət açıblar.

DİGƏR Xəbərlər Arxiv