YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlıq münasibətləri uğurla inkişaf edir

Mehdi Balabəyov

Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri

Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir. Hər iki ölkənin xalqları eyni kökə, mədəniyyətə, ənənələrə sahibdir.

Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. Lakin bu əlaqələr ilk vaxtlar özünün intensivliyi ilə seçilməyib. 1 aprel 2002-ci ildə Qırğızıstan Azərbaycanda Fəxri Konsulunu təyin edib. 16 may 2007-ci ildə Azərbaycan Respublikasının Qırğızıstanda səfirliyi açılıb, 18 yanvar 2008-ci ildə isə Qırğızıstan Azərbaycana yeni səfirini təyin edib. 

Müstəqilliyin ilk illərində Azərbaycan-Qırğızıstan əlaqələri Mərkəzi Asiyanın digər türk dövlətləri ilə olduğu kimi, əsasən, beynəlxalq və regional təşkilatların işində əməkdaşlıq çərçivəsində həyata keçirilib. İkitərəfli münasibətlərin genişlənməsində isə ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1993-cü ilin dekabrında Türkmənistanda MDB Dövlət Başçıları Şurasının iclası zamanı Azərbaycan Prezidenti, ümumilli lider Heydər Əliyevlə Qırğızıstan Prezidenti Əsgər Akayevin ikitərəfli görüşü keçirilib. Görüş zamanı iki ölkə arasında münasibətləri möhkəmləndirmək üçün ənənələrin, mədəniyyətin, dinin ümumiliyi, dil yaxınlığı kimi möhkəm bünövrənin olduğu vurğulanıb.

Ümumilli Lider Heydər Əliyev 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının üçüncü sammitində iştirak etmək üçün Qırğızıstana gedib. Qırğızıstan Prezidenti Əsgər Akayevlə görüşüb. Görüş zamanı iki dövlət arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsinə ciddi ehtiyac olduğu bildirilib. Görüşdə həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması ilə əlaqədar aparılan danışıqlardan da geniş bəhs edilib. Səfər çərçivəsində ümumilli lider Heydər Əliyev Bişkekdə Manas dastanının 1000 illik yubileyinə həsr edilmiş bayram tədbirlərində iştirak edib.

11 noyabr 1996-cı ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Qırğızıstan Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol imzalanıb.

Prezident İlham Əliyevin dəvəti ilə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri oldu. Bu səfər hər iki ölkə arasındakı münasibətlərin inkişafında yeni dövrün başlanğıcını qoydu. Müxtəlif sahələri əhatə edən mühüm sənədlərin imzalanması ilə bundan sonra əlaqələrin inkişafı üçün hüquqi baza formalaşdırıldı. Azərbaycan və Qırğızıstan arasında "Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum", "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə" daxil olmaqla, televiziya, təhsil, rabitə və informasiya-kommunikasiya texnologiyaları, hava əlaqəsi, əqli mülkiyyətin qorunması, maliyyə, kənd təsərrüfatını əhatə edən 10 sənəd imzalandı. Qırgız Respublikasının dövlət başçısının respublikamıza səfərini yüksək qiymətləndirən ölkə rəhbəri İlham Əliyev dost, qardaş dövlətlə  bütün sahələrdə fəal qarşılıqlı əlaqələrin qurulmasına toxundu. Eyni zamanda, Prezident Sadır Japarovun səfərinin münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirdi. Prezident İlham Əliyev iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin əməkdaşlığı keyfiyyətcə daha yeni səviyyəyə çatdıracağını da vurğuladı.

Gələn il Qırgız Respublikası ilə diplomatik münasibətlər qurulmasının 30 illiyinin qeyd ediləcəyəni bildirən Azərbaycan Prezidenti bunu tarixi hadisə adlandırdı. Ölkəmizin başçısı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdıgını qeyd edərək, belə bir hadisənin əlamətdardarlığını xatırladaraq, ötən 29 il ərzində iki dövlət arasında münasibətlərin ilk dəfə bu səviyyəyə yüksəldiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev, eyni zamanda, strateji tərəfdaşlıgın böyük üstünlüklər verəcəyini və beynəlxalq qurumlarda iki ölkənin bir-birinin maraqlarını müdafiə edəcəyini önə çəkdi.

Ölkəmizə səfərindən məmnunlugunu bildirən Qırğız Respublikasının Prezidenti Sadır Japarov bu münasibətlərin əsasının dünya şöhrətli tarixi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyuludugunu vurğulayaraq, əməkdaşlığı daha fəal şəkildə davam etdirməyin vacibliyinə diqqət çəkdi.

Sonda onu qeyd etmək istərdim ki, Azərbaycan tək regionda deyil, türk dünyasında da aparıcı mövqeyini qoruyaraq, mühum addımlar atır, təşəbbüslər göstərir. 

Bütün bu uğurlar Prezident cənab İlham Əliyevin müdrik siyasi fəaliyyəti nəticəsində davam edən iqtisadi inkişafla vəhdət təşkil edərək, Azərbaycanı lider ölkələr sırasına çıxarır.

DİGƏR Xəbərlər Arxiv