YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü ilə əlaqədar mini futbol çempionatına start verilib

Ağstafa rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü ilə əlaqədar mini futbol çempionatı təşkil olunub

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin məsul işçiləri, YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa rayon Gənclər və İdman idarəsinin, “Ağstafa Gənclər Evi” Sosial Xidmət müəssisəsinin əməkdaşları, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Açılış mərasimində Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək, Ulu Öndərin idmana göstərdiyi diqqət və qayğıdan bəhs edib. O bildirib ki, Cənab Prezidentimiz İlham Əliyev bu siyasəti uğurla davam etdirir. İdmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə edilməsi üçün bütün zəruri tədbirlərin görülməsinə şərait yaradılıb. Respublikamızda idman bölmələrinə axın edən gənclərin sayı günü-gündən artmaqdadır.

Daha sonra komandalar uğurlar arzulanaraq çempionata start verilib.

Məlumat üçün qeyd edək ki, yarışda 20 komandadan ibarət 200 nəfər iştirak edəcək. Çempionatın qrup mərhələsində hər qrupda beş komanda mübarizə aparacaq. Qrup oyunlarının sonunda hər qrupda ən yüksək xal toplayan iki komanda yarım-final mərhələsinə vəsiqə qazanacaq. Yarışın sonunda qaliblərə kubok və fəxri fərmanlar təqdim olunacaq.