YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda 31 Mart soyqırımına adekvat siyasi qiymət verilib

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

1918-ci il mart-aprel tarixləri Bakı, Şamaxı, Quba, və digər ərazilərdə azərbaycanlıların Bakı Soveti və erməni silahlı dəstələri tərəfindən kütləvi şəkildə öldürülməsi, öz yurd-yuvalarından sürgün edilərək repressiyalara tuş gəlməsi kimi qanlı hadisələrlə yaddaşlara həkk olunmuşdur. Son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani dəlillərdir.

Ermənilər tərəfindən törədilən qırğınlar, soyqırımılar sonrakı illərdə də davam etmiş, 1948-1953-ci və 1988-1992-ci illərdə azərbaycanlılar doğma yurd yuvalarından deportasiya olunmuş, 1988-ci ildən sonra Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 1 milyona qədər insan doğma yurdundan didərgin düşmüşdü. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin rus ordu hissələrinin yardımı ilə həyata keçirdikləri Xocalı soyqırımı bəşəriyyət tarixində ən ağır cinayətlərdən biri kimi tarixin qanlı səhifəsində öz yerini alıb.

Baxmayaraq ki, tarixin müxtəlif dönəmlərində və son 30 ildə Azərbaycan xalqı faşist xislətli erməni millətçiləri tərəfindən həyata keçirilən etnik təmizləməyə, soyqırımına məruz qalıb. Amma biz 44 günlük Vətən müharibəsində bütün dünyaya göstərdik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Cəmi ay yarım davam edən əks-hücum əməliyyatları nəticəsində Ermənistana, faşist mahiyətli dünya erməniliyinə və onların havadarlarına elə bir dərs verildi ki, onlar heç vaxt unuda bilməyəcəklər.

Bu gün Qarabağda Azərbaycan bayrağını Prezident İlham Əliyevin şəxsən qaldırması Ulu Öndərin əsasını qoyduğu mükəmməl ordu quruculuğu siyasətinin nəticəsidir.