YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Martda BTC kəməri ilə 2,5 milyon ton Azərbaycan nefti nəql olunub

Bu ilin martında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri - BTC vasitəsilə 2 milyon 521 min 925 ton Azərbaycan nefti nəql olunub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən bildirilib ki, yanvar-mart aylarında bu kəmərlə 7 milyon 222 min 202 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il aprelin 1-ə kimi BTC-yə 271 milyon 62 min 48 ton neft vurulub.
Ötən ay BTC kəməri ilə 374 min 500 ton Qazaxıstan və 300 min 333 ton Türkmənistan nefti nəql olunub.