YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Gündəm

Prezident: Kadrların seçilməsində tanışlıq, qohumluq əlaqələri və başqa prinsiplər aradan qaldırılmalıdır

Kadrların düzgün seçilməsi böyük dərəcədə işlərin uğurla getməsinə şərait yaradacaq. Ona görə kadrların seçilməsində, ilk növbədə, insanların iş qabiliyyəti, dövlətçiliyə, dövlətə sədaqət, vətənpərvərlik nəzərə alınmalıdır.

Bu barədə Prezident İlham Əliyev Bakı şəhəri Nizami və Nərimanov rayonlarının, həmçinin Kürdəmir Rayon İcra hakimiyyətlərinin yeni təyin olunan başçılarını qəbul edərkən bildirib.

Dövlətimizin başçısı deyib ki, kadrların seçilməsində tanışlıq, qohumluq əlaqələri və hansısa başqa prinsiplər tamamilə aradan qaldırılmalıdır: “Elə kadrlar seçilməlidir ki, bu kadrlar dövlət məmurları qarşısında duran vəzifələri şərəflə yerinə yetirsinlər. Eyni zamanda, qeyd etdiyim kimi, vətənpərvər insanlar, dövlətə, xalqa bağlı olan insanlar, əlbəttə ki, ön plana çıxmalıdır və kadr təyinatları aparılanda bu, nəzərə alınmalıdır”.