YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Fuad Tağıyevin ailəsi ziyarət olunub

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının nümayəndələri rayonun Ətcələr kəndindən olan Vətən müharibəsi şəhidi Tağıyev Fuad Mərdan oğlunun ailəsini ziyarət ediblər.

Şəhidin ailə üzvləri ilə söhbət zamanı YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov 44 günlük Vətən müharibəsində adları tarixə qızıl hərflərlə yazılan şəhidlərimizin gələcək nəsillərə örnək olduğunu bildirib. Görüşdə dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağı və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağı diqqətə çatdırılıb.

Daha sonra rayon təşkilatının əməkdaşları şəhid Fuad Tağıyevin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, 2020-ci il sentyabrın 27-dən döyüşlərə qatılan Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən kəşfiyyatçı-istehkamçı kiçik gizir Fuad Tağıyev Füzuli, Cəbrayıl, Zəngilan, Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin, Hadrut qəsəbəsi və tarixi Şuşa şəhərinin azad olunması uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmanlıq göstərib, oktyabrın 24-də Xocavənd döyüşləri zamanı Qırmızı Bazar istiqamətində şəhid olub. Prezidentin sərəncamlarına əsasən, o, ölümündən sonra “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv