YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident: Azad edilmiş torpaqlarla yanaşı, bütün başqa şəhər və rayonlarımız daim diqqətlə əhatə olunur

Bugünkü açılışlar onu göstərir ki, Gəncənin inkişafı və şəhərin problemlərinin həlli daim diqqət mərkəzindədir. Həm də onu göstərir ki, baxmayaraq, bizim əsas diqqət mərkəzimiz azad edilmiş torpaqlara - Qarabağa və Zəngəzuradır, eyni zamanda, bütün başqa şəhər və rayonlarımız daim diqqətlə əhatə olunur.

Bu barədə Prezident İlham Əliyev Gəncə şəhərinə səfəri zamanı AZƏRTAC-a müsahibəsində bildirib.

Gəncəyə səfər çərçivəsində bir sıra önəmli obyektlərin açıldığını diqqətə çatdıran dövlətimizin başçısı onların sırasında ikinci “ASAN xidmət” Mərkəzini xüsusilə qeyd edib. Eyni zamanda, açılışları olan Gəncə Dram Teatrının, Gəncə lokomotiv deposunun, həmçinin bir neçə il əvvəl istifadəyə verilmiş Gəncə Filarmoniyasının, tikintisi davam edən Gəncə İdman Sarayının və digər infrastruktur obyektlərinin əhəmiyyətindən danışıb.

“Ölkə qarşısında bir çox problemlər var və bu problemlər təxirəsalınmaz həllini gözləyir. Amma buna baxmayaraq, mədəniyyətə, şəhərin, Gəncənin mədəni həyatına töhfə verə biləcək hər bir təşəbbüs dəstəklənməlidir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.