YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatının təşəbbüsü ilə "Azərbaycan son 18 ildə" adlı tədbir keçirilib

YAP Səbail rayon təşkilatının təşəbbüsü ilə "Azərbaycan son 18 ildə" adlı tədbir keçirilib.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Pedoqoji Universitetinin rektoru Cəfər Cəfərov, millət vəkilləri Nigar Arpadai və Aydın Hüseynov iştırak edib.

Dövlətin qayğısından danışan M.Nağıyev tədbir iştirakçılarını salamlayaraq cənab Prezidentin 18 il ərzində Azərbaycanın necə inkişaf etdirməsindən söz açıb: "Prezident İlham Əliyev nadir şəxsiyyətlərdəndir ki, siyasi liderliklə yanaşı zəfər çalmış hərbi lider obrazını da özündə birləşdirir. Bu isə İlham Əliyevin potensialının daha bir hüdudsuzluğunun göstəricisidir. Məhz buna görə də o, ən çıxılmaz məqamlarda, bəzən başqaları üçün həlli mümkünsüz görünən məsələlərdə belə qətiyyətlə məsuliyyəti öz üzərinə götürür və məqsədinə çatır.

İlham Əliyev prezident və siyasi lider olaraq, dövlətin məsuliyyətini daşımaqla yanaşı, beynəlxalq və qlobal məsələlərdə də ciddi təsir gücünə malikdir. Müasir dünyanın önəmli siyasi liderlərindən biri olan Azərbaycan prezidenti dəfələrlə milli maraqlar məsələsində güzəştsiz mövqedə olduğunu sübut edib. Bu da onu digər siyasi xadimlərdən fərqləndirən əsas liderlik xüsusiyyətlərindəndir. 18 il ərzində yenilənən Azərbaycan bu gün dünyanın maraq dairəsindədir. Əlbəttə ki, bu, Cənab Prezidentin qüdrəti, ölkəyə və millətə qayğısının göstəricisidr. İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan, bütün sahələrdə inkişaf edib. Və bunu tam əminiklə vurğulamaq istəyirəm ki, sürətli inkişaf hər zaman davamlı olacaq".

Tədbirdə daha sonra söz Milli Məclisin deputatı Nigar Arpadaiyə verilib. Deputat Azərbaycanın şaxələnmiş inkişafı və 44 günlük Vətən Müharibəsindən söz açıb.

 "Nəhayət ki, 30 il davam edən əsarət, həsrət sona çatdı. Azərbaycan xalqı, milləti öz dədə-baba torpaqlarına qovuşdu. Biz, bu gün Cənab Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk. Ona görə ki, İlham Əliyev Azərbaycan xalqının həsrətinə son qoydu. Mənfur düşmənin işğalçılıq siyasətinə son qoyuldu. Qətiyyətli və uğurlu-siyasi addımları ilə torpaqlarımızı erməni tapdağından azad edən Ali Baş Komandanımız xalqın, ordunun arxasında sonadək dayandı və Azərbaycan xalqı da Prezidentin ətrafında sıx birləşdi. Bu birlik erməni mifini darmadağın edərək Qarabağı əsl sahibinə qaytardı. 44 günlük Vətən müharibəsi bir günün və ya bir ayın içində düşünülmüş addım deyildi. Cənab Prezident 18 ildir ki, bu günü gözləyirdi və bunun üçün uğurlu siyasət yürüdürdü, yürütdü də. 18 il ərzində təkcə ordu deyil, Azərbaycan bütün sahələrdə inkşaf etdi. Uğurlu islahatlar özünü doğrultdu", - deyə xanım millət vəkili fikrini tamamlayıb.

Azərbaycan Pedoqoji Universitetinin rektoru Cəfər Cəfərov çışında Prezident İlham Əliyevin uğurlu təhsil siyasətindən danışıb: "İlk öncə qeyd edim ki, Azərbaycanda və onun hüdudlarından kənarda Prezident İlham Əliyev Qalib ölkənin Müzəffər Ali Baş Komandanı kimi böyük nüfuz sahibidir. Təhsil sahəsində aparılan islahatlar, qəbul olunan Dövlət proqramları, həmçinin 2011-2021-ci illərdə Azərbaycanda təhsilin genişspektrli inkişafı üzrə Milli Strategiyanın hazırlanması, müsabiqələrin keçirilməsi bir daha təhsilimizin dövlət başçısının diqqət mərkəzində olduğunun göstəricisidir. Azərbaycan təhsili son illərdə sürətli inkişaf yolu keçib. Bu isə Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə, Azərbaycan təhsilinə göstərdiyi diqqətin, qayğının təcəssümüdür. Prezidentin digər sahələrdə olduğu kimi, təhsil sahəsində də yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycanda yüksək intelektə sahib gənc kadrlar yetişib. Bunu isə son zamanlarda gənc kadrarın vəzifələrə təyin edilməsindən görmək olar. Son olaraq bildirmək istəyirəm ki, yüksək keyfiyyətli ali təsil verən yeni baza ali təhsil müəssisələri yaranıb. Azərbaycanda ən müasir tələblərə cavab verən ADA Universiteti, Bakı Ali Neft Məktəbi bu gün təkcə ölkəmizdə deyil, dünyada söz sahibi olan təhsil ocaqlarından sayılır. Həmçinin dünyada tanınan, mütərəqqi ənənələri olan, öz nüfuzuna görə seçilən M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti kimi dünyada nüfuzlu ali məktəblərin Bakı filialları yaradılıb. Bəli, bu, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyevin səyləri nəticəsində olub".

Tədbirdə çıxış edən millət vəkili Aydın Hüseynov güclü Azərbaycanın güclü Lideri olan Prezident İlham Əliyevin qətiyyətli addımlarından danışıb: “Son bir neçə ildə Azərbaycanın dövlət büdcəsindən irihəcmli vəsaitlər məhz ordunun inkişafına, onun təchizatının yüksəlməsinə ayrılır. Təbii ki, bu belə də olmalıdır. Çünki müharibə aparan ölkənin güclü ordusunun olması şərtdir. Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir. Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Ordunun güclənməsi məhs İlham Əliyevin uğurlu siyasəti nəticəsində baş verib. Hərbi qüdrətini, ardıcıl olaraq, artıran Azərbaycan Ordusu ən müasir silahlarla, hərbi texnika və digər müdafiə təyinatlı qurğularla tam təchiz edilib. Ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu son dövrlərdə qazanılan hərbi uğurlar da aydın surətdə göstərir. Güclü ordunun sayəsində də erməni mifi darmadağın edilərək "keçilməz qala" adlandırılan erməni postları yerlə yeksan edildi. Dəmir Yumruq Ermənistanı unudulmayacaq zərbə ilə cəzalandırdı. Ermənistan 30 il ərzində ordunu bərpa etmək qabiliyyətində deyil, çünki iqtisadiyyatı tamamilə çökmüş durumdadır".

Tədbirin sonunda Azərbaycan Dövlət Pedeqoji Universitetin dosenti, Tarix elmləri üzrə doktoru Naibə Əhmədova, "İstiqlaliyyat küçəsi, 18" (Bakı Şəhər İcra Hakimiyyəti) ərazi təşkilatı sədri Elmin İmanov, ərazi təşkilatının üzvü Dunay Bədirxanov çıxış ediblər.