YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Budaqov: Azərbaycanın gələcək inkişafı böyük yolun müzəffər davamçısı, Prezident İlham Əliyevin adı ilə bağlıdır

“Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Ötən il Azərbaycanın əldə etdiyi şanlı qələbədən, böyük Zəfərdən sonra nəinki Cənubi Qafqaz regionunda, bütövlükdə  Avrasiya məkanında yeni reallıqlar yaranıb”. Bu fikirləri YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bu gün jurnalistlərə açıqlamasında deyib.

Tahir Budaqov bildirib ki, Azərbaycan bundan öncə də regionumuzda əsas güc mərkəzi kimi bu bölgənin  inkişafına təkan verən  ölkə qismində çıxış edib. Yeni mərhələdə də artıq yeni imkanlar əldə edilib və ölkəmiz  bundan sonra da regionun inkişafına öz töhfəsini verməkdədir. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün, sabah” mövzusunda keçirilən konfransda çıxış edən dövlət və hökumət rəsmiləri, Milli Məclisin nümayəndələri Azərbaycanın bu günə qədər müxtəlif sahələrdə əldə etdiyi uğurları və bundan sonra qarşında duran perspektivlər barədə ətraflı  fikirlərini bildirdilər.

“Təbii ki, bütün çıxışların yekunu olaraq bir daha belə qənaətə gəlmək olar ki, Azərbaycanın inkişafı yalnız ulu öndər Heydər Əliyev ideyalarının həyata keçirilməsi ilə şərtlənir. Bu yolun alternativi yoxdur və Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 60 illik yubileyinə həsr etdiyi kitabda da qeyd olunur ki, Azərbaycanın gələcək inkişafı bu böyük yolun müzəffər davamçısı hörmətli Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır. Düşünürəm ki, bu böyük yolun davamı Azərbaycan xalqına, Azərbaycan dövlətinə hələ bundan sonra da çoxsaylı qələbələr, zirvələr qazandıracaq”-deyə, YAP Sədrinin müavini vurğulayıb.