YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ucarda şəhid Rafiq Abbasovun xatirəsi anılıb

Birinci Qarabağ müharibəsinin şəhidi Abbasov Rafiq Cahangir oğlunun 60 illik yubileyi münasibətilə xatirəsi yad edilmişdir.

YAP Ucar rayon təşkilatı Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş  Abbasov Rafiq Cahangir oğlunun xatirəsini yad edib. Əvvəlcə rayonun Lək kəndində şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub. Sonra şəhidin adını daşıyan Lək kənd 1 saylı tam orta məktəbində tədbir keçirilib.

Tədbirdə YAP Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva, Lək kənd 1 saylı tam orta məktəbin direktoru Zakir Piriyev, Lək kənd 2 saylı tam orta məktəbin direktoru Sevda Abdullayeva çıxış edərək torpaqlarımızın  azadlığı uğrunda şəhid olmuş Vətən oğullarının əziz xatirəsinin heç vaxt unudulmayacağını bildiriblər.

Şəhidin həyat yoldaşı Fərqanə Abbasova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.

Sonra məktəblilər vətənpərvərlik mövzusunda seirlər söyləyiblər.