YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Məhəmməd Səmədovun ildönümü mərasimi keçirilib

YAP Sabunçu rayon təşkilatının sədri Misirxan Vəliyev, partiya nümayəndələri və Milli Məclisin deputatı Əliabbas Salahzadə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Səmədov Məhəmməd Niman oğlunun ildönümü mərasimində iştirak ediblər.

Xalqımızın Vətən uğrunda canını qurban verən igidlərimizlə qürur duyduğunu deyən Misirxan Vəliyev şəhidlərimizin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağını vurğulayıb.

Qeyd edək ki, Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Səmədov Məhəmməd ölümündən sonra Prezidentin Sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv