Xəbərlər
YAP Samux rayon təşkilatının nümayəndələri qaziləri ziyarət ediblər

Yeni Azərbyacan Partiyası Samux rayon təşkilatının üzvləri torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarda qazi adını qazanan Vətən övladları daim diqqətdə saxlayır.
YAP Samux rayon təşkilatının təşkilatçılığı ilə Vətən müharibəsində yaralanmış qazilərimiz ziyarət edilib.
Ziyarətdə YAP Samux rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Gündüz Bayramov və təşkilatın nümayəndələri iştirak ediblər.
Nümayəndələr Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə yaralanmış Samux rayonu Lək kəndindən olan qazilərimiz Vəliyev Kamal Cahangir oğlunu və Abdullayev Fərhad Ruhlan oğlunu ziyarət ediblər. Qeyd olunub ki, şəhid ailələri və qazilərimiz daima dövlətin diqqət mərkəzindədir.
Keçirilən görüşlərdə qazilərimiz 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, Azərbaycan Ordusunun düşmən üzərində göstərdiyi misilsiz şücaətdən danışıb, öz döyüş xatirələrini bölüşüblər.