Xəbərlər
Goranboy rayonunda iftar mərasimi təşkil edilib
Goranboy rayonunda Milli Məclisin deputatı Bədəl Bədəlovun təşəbbüsü, Goranboy Rayon İcra Hakimiyyətinin və YAP Goranboy rayon təşkilatının dəstəyi ilə iftar mərasimi keçirilib.
Tədbirdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, ağsaqqallar, din xadimləri, şəhid ailələri, qazilər və müharibə veteranları iştirak ediblər.
Mərasimdə qeyd olunub ki, belə tədbirlər cəmiyyətin müxtəlif təbəqələri arasında qarşılıqlı hörmətin və qayğının daha da möhkəmlənməsinə töhfə verir. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və ehtiram xüsusi vurğulanıb, bu kateqoriyadan olan şəxslərin hər zaman dövlət və cəmiyyət tərəfindən dəstəkləndiyi bildirilib.
