YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanov rayonunda şəhid Əhmədağa İskəndərovun anım günü qeyd edilib

9 oktyabr 2021-ci il tarixdə Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində  Füzuli rayonu uğrunda gedən döyüşlərdə xidməti vəzifəsini icra edərkən qəhrəmancasına şəhid olmuş İskəndərov Əhmədağa Novruz oğlunun anım günü qeyd olunub.

YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin sədr müavini Adil Əliyev, Milli Məclisin üzvləri Hikmət Məmmədov və Rasim Musabəyov, Rayon Polis İdarəsinin rəisi Vaqif Müslümov, təşkilatın əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, fəal gənclər və şəhidin ailə üzvləri şəhid Əhmədağa İskəndərovun uyuduğu məzarı ziyarət edərək onun xatirəsini ehtiramla anmış, məzarı üzərinə gül dəstələri qoymuş və ruhuna dualar oxumuşlar.

Daha sonra YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev və təşkilatın əməkdaşları Vətən Müharibəsi şəhidi Əhmədağa İskəndərovun evində onun ailəsini ziyarət etmişlər.

Təşkilat sədri Samir Vəliyev şəhidin ailə üzvləri ilə görüşdə çıxış edərək, Müzəffər Ali Baş Komandan, Prezident  İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. O, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda Əhmədağa kimi igid əsgər və zabitlərimizin göstərdikləri şücaətin hər birimizdə sonsuz qürur hissi doğurduğunu qeyd edib. S. Vəliyev Vətən müharibəsində qazanılan  möhtəşəm Zəfərin Azərbaycan tarixinin ən şanlı səhifələrindən olduğunu söyləyib, həmçinin,bu qalibiyyətdə əməyi olan şəhid ailələri və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edib, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid və qazilərimizin yanında olduqlarını bildirib.

Qeyd edək ki, İskəndərov Əhmədağa Novruz oğlu 1989-cu il sentyabrın 20-də Bakı şəhərində anadan olmuş, Bakı şəhəri N. Nərimanov rayonu 82 nömrəli pilot-orta məktəbin birinci sinifinə gedib. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuş və əlaçı təqaüdünə layiq görülmüşdür. 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətini keçmiş Əhmədağa  27 sentyabr 2020-ci il tarixində başlayan “Vətən Müharibəsi”-nin ilk günlərindən cəbhədə dövlətimizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərə qatılmışdır. 07.10.2020-ci il tarixində Füzuli rayonu uğrunda gedən döyüşlərdə xidməti vəzifəsini icra edərkən qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Vətən Müharibəsi zamanı göstərdiyi şücaətə görə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 15.12.2020-ci il tarixində “Vətən uğrunda” və 24.12.2020 -ci il tarixində “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Şəhidin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.