Xəbərlər
Azərbaycan ilə Gürcüstan arasında din sahəsində əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb
Fevralın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gürcüstan Patriarxlığının xarici əlaqələr şöbəsinin müdiri Gerasim Şaraşanidzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Komitənin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Salman Musayev və Gürcüstanın Xornabuci və Hereti yeparxiyasının yeni təyin olunmuş yepiskopu Dmitri Kapanadze də iştirak edib.
Söhbət zamanı iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən din sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.