YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda keçirilmiş Cənub qaz dəhlizi Məşvərət Şurasının ilk iclası İtaliya mətbuatının diqqət mərkəzindədir

İtaliyanın bir sıra xəbər saytlarında Bakıda keçirilmiş Cənub qaz dəhlizi Məşvərət Şurasının ilk iclası ilə bağlı məqalələr yerləşdirilib.
Yazılarda bildirilir ki, Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilmiş nazirlərin görüşündə Avropa üçün mühüm əhəmiyyət kəsb edən “Cənub” qaz dəhlizi layihəsinin həyata keçirilməsinin müxtəlif istiqamətləri müzakirə olunub. Məqalələrdə Avropa Komissiyasının Enerji İttifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviçin fikirlərinə istinadla qeyd olunur ki, “Cənub” qaz dəhlizi daha böyük iqtisadi əməkdaşlıq təşviq etməklə, enerji təhlükəsizliyini artırmaqla dəhliz boyu bütün ölkələrdə 30 mindən artıq iş yerinin açılmasına səbəb ola biləcək layihədir. Məqsədimiz 2019-2020-ci ilədək dəhliz boyu bütün infrastruktur layihələrini işlək vəziyyətə gətirməkdir.
Məqalələrdə “Cənub” qaz dəhlizi layihəsi haqqında ətraflı məlumatlar da yer alıb.