YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici işlər naziri Tunislə turizm əlaqələrinin inkişaf etdirilməsi məsələsini müzakirə etmişdir

Mayın 13-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ər-Riyad şəhərində Tunisin xarici işlər naziri Munji Hamdi ilə görüşmüşdür.

Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, ticarət və turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunmuş, xarici işlər nazirlikləri arasında məsləhətləşmə mexanizminin yaradılması və qarşılıqlı səfərlərin vacibliyi qeyd edilmişdir.

Elmar Məmmədyarov tunisli həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat vermiş, problemin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirmişdir.