Xəbərlər
BMT-nin xüsusi məruzəçisi Çaloka Beyani Azərbaycana səfər edəcək
BMT-nin məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani mayın 18-24-də Azərbaycanda səfərdə olacaq.
BMT-nin məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyaninin səfərinin məqsədi ölkədə məcburi köçkünlərin ümumi vəziyyəti ilə tanış olmaqdır. /Trend/
Ç.Beyani Bakı və Sumqayıt şəhərlərindəki məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrə baş çəkəcək.
Xüsusi məruzəçi qeyd edib ki, səfəri zamanı məcburi köçkünlərin cari problemləri və onlar üçün yaradılan imkanlarla maraqlanacaq və onların müdafiəsi və göstərilən yardımla əlaqədar əldə olunan irəliləyişi müzakirə edəcək.
Xüsusi məruzəçi hökumət nümayəndələri, BMT-nin tərəfdaşları və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.
Qeyd edək ki, mayın 23-də Ç.Beyaninin ilkin müşahidələrinə dair mətbuat konfransı keçiriləcək.