YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatının üzvləri “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində şəhid ailələrini ziyarət ediblər

YAP Səbail rayon təşkilatının fəal gəncləri Novruz bayramı ərəfəsində Vətən müharibəsinin Şəhidi İsmayılov Orxan Zöhrab oğlunun ailəsini ziyarət etdilər, qəhrəman Şəhidimizin anası, həyat yoldaşı, Vətənə əmanət övladları ilə görüşdülər.

Ailə ilə səmimi söhbət edən gənclər Azərbaycanın ərazi bütövlüyü və Vətən torpaqlarının işğaldan azad olunması uğrunda ilk günlərdən ön cəbhədə qəhrəmanlıqla döyüşən Şəhidimizin döyüş yoluna nəzər saldılar, hər günü şanlı tarix olan 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qarabağ Zəfərini borclu olduğumuz bütün Şəhidlərimizin əbədiyaşar xatirəsini bir daha ehtiramla yad etdilər və bu şərəfli mübarizədə sağlamlığını itirən qazilərimizə Allahdan şəfalar dilədilər. Vurğulandı ki, Azərbaycan xalqı, gələcək nəsillər qəhrəman Vətən oğullarının xidmətlərini, şücaətini, mərdliyini, fədakarlığını əbədi yaşadacaq və Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Şanlı Qələbəsi böyük bir qəhrəmanlıq dastanı kimi xatırlanacaqdır.

Şəhid ailəsinin üzvləri dövlətin diqqət və qayğısından razılıqlarını ifadə etdilər. Ailəyə Novruz sovqatı və maddi yardım təqdim olundu.

Şəhidlik kimi ən ali və şərəfli zirvəyə yüksələn, təkcə ailələrinin və doğmalarının deyil, bütün Azərbaycanın qüruru və fəxri olan Şəhidlərimizin ruhları qarşısında bir daha baş əyirik. Ruhunuz şad olsun, Vətənimizin qəhrəman oğulları!