YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsimi rayonunda “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimatı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimetmə mərasimi keçirilib.

Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə tər güllər düzüblər.

Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra “Qərbi Azərbaycan irsi” tədqiqatlar seriyası ilə bağlı videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Nəsimi RİH başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini Zahid Xəlilov, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, hüquq elmləri doktoru, professor Əmir Əliyev  tarixi yaddaşımızda dərin izlər qoymuş, böyük faciələrə şahid olmuş Qərbi Azərbaycanın yüz illər boyu Azərbaycan türklərinin yaşadığı, mədəniyyət yaratdığı, ocaqlar qurduğu bir coğrafiya olduğunu deyiblər. Qeyd olunub ki, XX əsrin siyasi hadisələri, zorakı deportasiyalar və etnik təmizləmələr nəticəsində Qərbi Azərbaycan ərazilərində yaşayan yüz minlərlə azərbaycanlı doğma yurdlarından qovulub.

Çıxışlarda Prezident İlham Əliyevin Qərbi azərbaycanlıların hüquqlarının bərpasını prioritet məsələ kimi irəli sürdüyü xüsusi qeyd olunub.

Sonra “Zəfərlərin mübarək, Ali Baş Komandanım!” adlı videoçarx nümayiş edilib. Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.