YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağdan sülh və əməkdaşlıq mesajı

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Prezident İlham Əliyev iyulun 19-da 3-cü Şuşa Qlobal Media Forumundakı “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda çıxışında Qarabağ münaqişəsi başa çatandan sonra sabitlik, təhlükəsizlik və inkişaf üçün perspektivlər daha aydın və geniş olacağını qeyd edib.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan öz inkişafına hansı istiqamətdə davam edəcəkdir. Əsas prioritet faydalı qazıntı sahəsi ilə bağlı deyil. Burada IT, aparıcı texnologiyalar sektorunu qeyd etmək istəyirəm. Biz süni intellektlə bağlı aparıcı şirkətlərlə artıq əməkdaşlıq edirik. Ancaq regional inkişafa və regional əməkdaşlığa gəldikdə bağlılıq layihələri prioritetdir və bu məsələ region ölkələri üçün eyni dərəcədə əhəmiyyətlidir. Biz eyni mövqedən çıxış edirik. Burada söhbət təkcə tranzitdən getmir. Biz dəhlizlər, dəmir yolları haqqında danışanda tranzit və tranzit ödəmələri haqqında danışdığımız düşünülə bilər. Tranzit ödəmələri, əlbəttə ki, vacibdir, o, ölkəni gücləndirə bilər. Ancaq əsas məsələ tranzit marşrutu boyu infrastrukturun və sahələrin yaradılmasıdır ki, o sahələr əlavə sərmayə cəlb edə bilər. Bu səbəbdən də bir neçə əsas şərtin təmin edilməsi vacibdir. Bunun biri sabitlik və təhlükəsizlikdir. Bu gün regionumuz, Mərkəzi Asiya regionu, Cənubi Qafqaz, ondan Şərqdə və Qərbdə yerləşən ölkələr sabit dövlətlərdir. Xüsusilə də Qarabağ münaqişəsi başa çatandan sonra sabitlik, təhlükəsizlik və inkişaf üçün perspektivlər daha aydın və genişdir.

Ölkə başçısı Azərbaycanla Ermənistan arasında sülh imkanlarından da ətraflı bəhs edib. Artıq tərəflər arasında sülh sazişinin mətnin 80-90 faizi razılaşdırılıb. Prezident İlham Əliyev bununla belə hələ iki məsələnin olduğunu bildirib. Dövlətimizin başçısı bildirib: Məntiq sadədir. Bunun üçün Ermənistan konstitusiyasına dəyişikliklər edilməlidir ki, oradan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı müstəqillik bəyannaməsi çıxarılsın. Prinsipcə məsələ budur. Buna görə də sülh sazişinin mətni razılaşdırılıb. Bu sənədin paraflanması ideyası da Azərbaycan tərəfindən irəli sürülüb. Əgər erməni tərəfi Qarabağ münaqişəsinin bitdiyini hesab edirsə, Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk qrupunu ləğv etmək lazımdır.

Dövlət başçısı Zəngəzur dəhlizi ilə bağlı qeyd etdi ki, Ermənistanın qeyri-konstruktiv yanaşması onu beynəlxalq dəhlizlərdən təcrid edə bilər. Forumdakı çıxışı zamanı Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Azərbaycanın və Ermənistanın sülhə doğru atdığı addımların təşviqində göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə etdi.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, artıq Xankəndidə dövlət səviyyəsində tədbirlərin keçirilməsi Azərbaycanın suverenliyinin tam bərpasının açıq təzahürüdür. Forumun məhz Xankəndidə təşkili həm simvolik, həm də praktiki baxımdan mühüm mesaj verir: “Azərbaycan öz torpaqlarına tam nəzarət edir və onların inkişafını təmin etməkdə qətiyyətlidir.” Dövlət başçısının qeyd etdiyi kimi, artıq 8 şəhər və kəndə 50 minə yaxın vətəndaş geri qayıdıb. Yol, məktəb, enerji və sosial infrastruktur layihələrinin sürətlə davam etməsi yalnız texniki vəsaitlə deyil, eyni zamanda siyasi iradə, milli həmrəylik və strateji planlamanın nəticəsidir. Bu uğurlu qayıdış prosesi həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə Azərbaycanın mövqeyini daha da gücləndirir.

Forumun Xankəndidə, yaxın keçmişdə münaqişənin mərkəzi olan bir şəhərdə keçirilməsi də təsadüfi deyil. Bu, simvolik və strateji seçimdir. Azərbaycan bu şəhəri mədəni, texnoloji və diplomatik bir məkana çevirərək, beynəlxalq ictimaiyyətə Qarabağın artıq sülh, əməkdaşlıq və bərpa arenası olduğu mesajını verdi. Forum iştirakçıları da Ağdam və Laçına təşkil olunan səfərlər vasitəsilə işğal dövrünün izlərini, eyni zamanda, bərpa prosesinin sürətini yerində gördülər. Bütövlükdə, Xankəndində keçirilən Qlobal Media Forumu Azərbaycan həqiqətlərinin və bölgədə baş verən proseslərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm hadisədir.