YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səbail rayonunun Vətən müharibəsi Şəhidlərinin ailələri ziyarət olundu

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının üzvləri Novruz bayramı ərəfəsində Səbail rayonunun Vətən müharibəsi Şəhidlərinin ailələrini ziyarət etdilər. Azərbaycanın ərazi bütövlüyü və Vətən torpaqlarının işğaldan azad olunması uğrunda Şəhadət zirvəsinə yüksələn qəhrəman oğulların əbədiyaşar, müqəddəs xatirəsi ailə üzvləri ilə birlikdə bir daha yad olundu, keçdikləri şərəfli döyüş yolu xatırlandı və ruhlarına dualar oxundu.

Şəhid ailə üzvləri ilə söhbət zamanı diqqətə çatdırıldı ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqı üçün şərəf və qürur dastanıdır. Vətən torpaqlarının işğaldan azad olunması uğrunda Şəhadət zirvəsinə ucalan hər bir Şəhidimizin əziz xatirəsi xalqımız tərəfindən əbədi olaraq yaşadılacaq və ehtiramla yad olunacaq. Dövlət səviyyəsində Şəhid ailələrinin üzvlərinə göstərilən yüksək diqqət və qayğı xüsusi qeyd olundu və bildirildi ki, bu ailələrə mənəvi dəstək hər birimizin müqəddəs vətəndaşlıq borcudur.

Şəhid ailələri üzvləri dövlət, müxtəlif təşkilatlar və bütün cəmiyyət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə təşəkkür etdilər, Azərbaycanın Şanlı qələbəsi və qəhrəman övladları ilə qürur duyduqlarını vurğuladılar.

Şəhid ailələrinə Novruz sovqatı və maddi yardım təqdim olundu.

Şəhidlərimizin ruhları şad olsun!