YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qaradağ rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının və təşkilatın Gənclər Birliyinin fəalları Vətən müharibəsi şəhidi Teyyublu Çərkəz Vidadi oğlunun ailəsini ziyarət ediblər. Əvvəlcə şəhidin məzarı ziyarət olunub,  önünə gül dəstələri qoyulub. Şəhidin ailəsi ilə görüş zamanı ailənin problemləri dinlənilib və  həlli istiqamətində köməklik göstərilib.

Vətən müharibəsi şəhidi Məmmədquliyev Ağabəy Zaur oğlunun Qaradağ rayonu Korgöz qəsəbəsində yaşayan ailəsi ziyarət olunub. Əvvəlcə şəhidin məzarı ziyarət olunub,  önünə gül dəstələri qoyulub. Məzarı başında şəhidimizin əsl vətənpərvərlik nümunəsi göstərməklə, düşmənə qarşı öz qanından, canından keçməklə doğma Vətənini qoruması haqqında ailəsinə məlumat verilib,onların fikirləri dinlənilib.  Şəhidin ailə üzvləri belə qəhrəman və cəsarətli oğul böyütdükləri üçün qürur və fəxarət hissi duyduqlarını bildirib.

Həmin gün, həmçinin  Vətən müharibəsi şəhidi Mirzəliyev Kamal Əjdər oğlunun Sahil qəsəbəsində yaşayan ailəsi ziyarət edilib. Eyni zamanda, şəhidimizin Lökbatan qəsəbəsi “Şəhidlər xiyabanı”nda məzarı ziyarət edilib, məzarı üzərinə əklil qoyulub.

Azərbaycan Respublikasının ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda igidliklə döyüşüb şəhadət zirvəsinə ucalan qəhrəman Vətən övladlarını dərin hörmət və ehtiramla yad olunub.