YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Özbəkistanın silkway.uz portalı “Şahdağ” qış-yay turizm kompleksi haqqında material yerləşdirib

Daşkənddəki silkway.uz portalı “Şahdağ” qış-yay turizm kompleksi haqqında rus dilində “Şahdağ Qafqazın mirvarisi, Azərbaycanın təbiətinin möcüzəsidir” adlı geniş material çap edib.
Məqalədə Azərbaycanın təbiəti, onun turizm imkanları haqqında məlumat verilir.
Deyilir ki, böyük və kiçik Qafqaz sıra dağları, Qarabağ yaylası, Talış dağları, Göygöl, Maralgöl, Xəzər dənizinin qumlu sahilləri, həmçinin bu qonaqpərvər ölkənin zəngin tarixi, dadlı və ləzzətli mətbəxi turistlərin diqqətini özünə cəlb edir.
Yazıda qeyd olunur ki, Azərbaycan təbiəti gözəlliklər sərgisidir, dünyada olan 11 iqlim qurşağından 9-u bu ölkənin ərazisində mövcuddur.
Müəllif yazır ki, “Şahdağ” qış-yay turizm kompleksinin yerləşdiyi ərazinin iqlimi istirahət üçün çox əlverişlidir - qışda 20 dərəcə şaxta, yayda 20 dərəcə isti olur.
Bildirilir ki, Şahdağ Milli Parkının yaxınlığında yaradılan “Şahdağ” qış-yay turizm kompleksinin tikintisinə 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fərmanı ilə başlanılıb. Materialda bu layihə çərçivəsində həyata keçirilən işlər, yaradılan turizm infrastrukturu, xidmət sahələri haqqında geniş məlumat verilir.
Məqalədə vurğulanır ki, burada istirahət üçün yaradılan yüksək səviyyəli şərait, çoxçeşidli əyləncə vasitələri turistlərdə xüsusi maraq doğurur.
Müəllif məqalənin sonunda Özbəkistan turistlərini bu gözəl məkana istirahətə dəvət edir.