YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail Ağamalı: Kommunikasiyaların bərpası milli maraqlarımıza uyğundur

“Yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüş Azərbaycanın zəfərinin məntiqinə söykənən nəticə ilə yekunlaşdı. Noyabrın 10-da imzalanmış Bəyanatın ötən dövrdə bir sıra müddəaları yerinə yetirilib. 9 maddənin yer aldığı Bəyanatın yerinə yetirilməsi 7-ci maddə istisna olmaqla artıq yekunlaşmaqdadır. Bu da məcburi köçkünlərin və qaçqınların Dağlıq Qarabağ ərazisində və ətraf rayonlarda yerləşdirilməsi ilə bağlıdır. O ərazilərdə dağıdılmış evlər, kommunikasiyalar bərpa olunduqdan sonra bu da gerçəkləşəcək”. Bu fikirləri Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Fəzail Ağamalı bildirib ki, Moskva görüşünün əhəmiyyəti odur ki, 10 noyabrdan ötən 2 ay ərzində görülən işlərə müəyyən mənada yekun vuruldu, növbəti mərhələ ilə bağlı ilk addım atıldı. Bu da Bəyanatda əksini tapan 9-cu maddə, yəni bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlıdır. Onun sözlərinə görə, iqtisadi əlaqələrin və kommunikasiyaların bərpası Azərbaycanın milli maraqlarına uyğundur.

“Bu, Mehridən keçməklə Azərbaycanın Naxçıvanla dəmir yolu və quru əlaqələrinin yaradılması, eyni zamanda, Azərbaycanla Türkiyənin dəmir yollarının birləşdirilməsi, beləliklə, son dərəcə strateji bir məqsədə nail olunması baxımından çox önəmlidir. Eyni zamanda, bu, region dövlətlərinin də mənafeyinə cavab verir”, - deyə millət vəkili vurğulayıb.

 

 

DİGƏR Xəbərlər Arxiv