YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Gəncədə Xatirə kompleksi ilə bağlı layihələr hazırlanır

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuz tərəfindən aparılan 44 günlük müharibə öz uğurlu nəticəsini verdi. Erməni vandallarının tərəfindən işğal edilən torpaqlarımız, kənd və şəhərlərimiz, çoxsaylı strateji yüksəkliklərimiz düşmən tapdağından azad edidi.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət Başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi.

Tarixin bütün mərhələsində sərhəd tanımayan erməni vandallığı 44 günlük Vətən müharibəsi zamanı dünya ictimaiyyətinin gözü qarşısında baş verdi. Faşist ideologiyalı erməni tör-töküntüləri münaqişə zonasından kilometrlərlə uzaqda yerləşən Gəncə şəhərini dəfələrlə qadağan olunmuş silahlarla atəşə tutdu, dinc sakinlərin, körpələrin ölümünə səbəb oldular, evləri yerlə yeksan etdilər.

2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı ölkə Prezidenti İlham Əliyev Gəncə şəhərində yaşayış binalarının Ermənistan tərəfindən ballistik raketlərlə dağıdılması və bunun nəticəsində bir çox insanın həlak olması faktının erməni vəhşiliyini bir daha bütün dünyaya göstərdiyinə diqqət çəkərək bildirib:”Bu evlər yenidən tikilməlidir. Amma hesab edirəm ki, həmin yerlərdə yox, həmin yerlər xatirə komplekslərinə çevrilməlidir. Hesab edirəm ki, biz artıq orada təmizləmə işlərinə də start verməliyik. Çünki bir müddət o yerlər dağılmış vəziyyətdə qalmışdır ki, xarici jurnalistlər, eyni zamanda, diplomatik missiyaların nümayəndələri gedib orada erməni vəhşiliyini öz gözləri ilə görsünlər. Demək olar ki, dünyanın bütün aparıcı kütləvi informasiya vasitələri bu dəhşətli görüntüləri öz videoreportajlarında əks etdirmişlər”.

Bəli, artıq Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə neçə illərdir ki, işğalda qalan, viranə qoyulan, qadağan olunmuş silahlarla dağıdılan şəhərlərimizdə, yurd yerlərimizdə tikinti-quruculuq, abadlıq işləri aparılır. Tezliklə bu ərazilər gülüstana çevriləcək. Lakin erməni vandallığı, barbarlığı heç vaxt unudulmayacaq, yaddan çıxmayacaq.

Ölkə Başçımızın göstərişi ilə Gəncə şəhərində dağılmış çoxmənzilli evlərin ərazilərində təmizlik işlərinə start verilib, layihələr hazırlanır. Erməni vandallarının təcavüzkar siyasətinin qurbanı olan şəhidlərimizin əziz xatirəsini əbədiləşdirən xatirə kompleksi də həmin ərazilərdə yaradılacaq. Ölkə Prezidentimizin də qeyd etdiyi kimi xaricdən gələn qonaqlar görsünlər biz hansı vəhşilərə qarşı müharibə aparmışıq, öz torpağımızı və Cənubi Qafqazı hansı bəladan xilas etmişik.