YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Astan Şahverdiyev: Mövcud durum işğalçı Ermənistanı bir dövlət kimi məhvə aparır

«Hazırda Dağlıq Qarabağ probleminin həlli istiqamətində danışıqlar davam etdirilir. Əgər sülh imkanları varsa, müharibədən danışmaq tezdir». Bu fikirləri Milli Məclisin deputatı Astan Şahverdiyev deyib.

A.Şahverdiyev bildirib ki, Azərbaycanla Ermənistan arasındakı müharibə başlasa, düşmən heç bir ölçüyə gəlməyən itkilər verəcək. Onun sözlərinə görə, Ermənistan faktiki olaraq müstəqil dövlət deyil.

«Doğrudur, Ermənistanda başqa dövlətin hərbi bazası var. Və onlar bu amildən yararlanmaq istəyir. Amma faktiki olaraq mövcud durum Ermənistanı bir dövlət kimi məhvə aparır. Çünki işğalçılıq siyasəti ona baha başa gəlir»- deyə, A.Şahverdiyev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv