YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev “Aqrar sahənin texniki təminatının gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb

Prezident İlham Əliyev aprelin 30-da “Aqrar sahənin texniki təminatının gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Son dövrlərdə ölkə iqtisadiyyatının əsas prioritet sahələrindən olan aqrar sektora dövlət dəstəyinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 45 mindən çox müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası, o cümlədən müasir tipli pambıqyığan və taxılbiçən kombaynlar, traktorlar, yedəklər və digər kənd təsərrüfatı texnikası alınaraq respublikaya gətirilib. Ölkənin kənd təsərrüfatı texnikası parkı müasirləşdirilib, dövlət büdcəsinin vəsaiti hesabına ilkin dəyərinə 40 faiz güzəşt tətbiq edilməklə həmin maşın və mexanizmlər fermerlərə satılıb.

Sərəncama əsasən, bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyi nəzərə alınaraq, taxılçılıq, pambıqçılıq və digər ənənəvi kənd təsərrüfatı sahələrinin davamlı inkişafı üçün kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya ehtiyacını ödəmək məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.13.1-ci yarımbəndində göstərilmiş 28 milyon manat “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

DİGƏR Xəbərlər Arxiv